Prezident İlham Əliyev bir sıra sahələrdə çalışanların maaşlarını artırdı

DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının maaşı artırılıb
Sputnik

BAKI, 9 mart — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. 

Sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısı Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılması haqqında da sərəncam imzalayıb. 

Nazirlər Kabineti bu sərəncamlardan irəli gələn məsələləri həll etməlidir.