RUSİYA

Dağıstanda silahlı insident: Rusiya qvardiyasının əsgəri öldürüldü

Dağıstanda məişət zəminində baş vermiş silahlı insident nəticəsində Rusiya Milli Qvardiyasının əsgəri və yerli sakin öldürülüb
Sputnik

BAKI, 9 mart — Sputnik. Dağıstanda məişət zəminində baş vermiş silahlı insident nəticəsində Rusiya Milli Qvardiyasının ("Rosqvardiya") əsgəri və yerli sakin öldürülüb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, dəqiqləşdirilməsi hələlik mümkün olmayan məlumata görə, atəş post-patrul xidmətinin əməkdaşı tərəfindən açılıb. Atəş açan şəxsin saxlanıldığı bildirilir.

İlkin araşdırmalara görə, tərəflər arasında münaqişə pul üstündə baş verib.

Daha əvvəl verilən məlumata görə, Dağıstanın Kayakənd rayonunun sakini Rusiya Milli Qvardiyasının iki hərbçisinə atəş açıb. Atəş açan şəxs əməliyyat-istintaq qrupu tərəfindən saxlanılıb.

"Dəqiqləşdirilmiş məlumata görə, Rusiay Qvardiyasının əməkdaşlarından biri məişət zəminində baş verən atışmadan sonra sağ qalıb. O, yaralanıb və həkimlər ona tibbi yardım göstəriblər" — deyə hüquq-mühafizə orqanlarındakı mənbə RİA Novosti-yə bildirib.