HADİSƏ

Şabranlı gənc ehtiyatsızlığın qurbanı oldu

Zalov xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 8 mart – Sputnik. Bu gün Şabran rayonunda bədbəxt hadisə baş verib. Rayon sakini, 28 yaşlı Zalov Niyaz Mürsəl oğlu Şabran rayon Suvarma Sistemləri İdarəsində iş görən zaman yüksəklikdən yıxılıb. 

Sputnik Azərbaycan-ın bölgə müxbirinə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, N.Zalov xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Onu da qeyd edək ki, mərhum ailəlidir, 2 övladı var.