Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, həmsədrlərin prezidentlərdən gözlədiyi siyasi iradə, danışıqlar prosesindəki səmiyyət elə həmsədrlərin özlərinə də aiddir:
“Həmsədrlər siyasi iradə nümayiş etdirməlidirlər. Bütün günahlar həmsədrlərin üzərindədir. Bu günə qədər ATƏT-in Minsk qrupunun həmsdərləri Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi arasında dialoqun qurulması üçün hər hansı təşəbbüs göstərməyiblər. Bu münaqişə həll olunduqdan sonra bu icmalar birgə yaşayacaqlar. Əgər bu belə olacaqsa deməli indidən bunların dialoqunu qurmaq lazımdır. Sadəcə həmsədrlər Ermənistanın qadağalarına riayət edirlər. Həmsədrlər siyasi iradə nümayiş etdirən kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi prosesi başlayacaq”.