Baş nazirdən polisə sərt ittiham: "İnsanları günahsız yerə həbs edirlər"

Netanyahu: "Polisin əlində real bir fakt olsa, tək bir şahidə belə, ehtiyac hiss etməzlər"
Sputnik

BAKI, 8 mart — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu ölkə polisini ittiham edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Netanyahu polislərin şahidlərə onun əleyhinə ifadə vermələri üçün təzyiq etdiyini iddia edib.

Netanyahu çıxılmaz vəziyyətdə: ABŞ-a getməli oldu

Polis işçilərini və istintaq aparan qurumları günahlandıran Netanyahu deyib: "Polisin əlində real bir fakt olsa, tək bir şahidə belə, ehtiyac hiss etməzlər. Lakin bir şey olmayanda da min şahid bir işə yaramaz".

"Cinayət törətdiyini iddia etdikləri insanları tutub həbs edirlər, təzyiq göstərib qorxudurlar, onlara "Sizin və ailənizin həyatı bitdi, azadlığınız da daxil hər şeyinizi əlinizdən alacağıq. Bütün bunlardan xilas olmaq istəyirsinizsə, Netanyahuya ləkə atın. Yalan deməyiniz mühüm deyil, mühüm olan onu günahkar göstərməyinizdir deyirlər" — baş nazir bildirib.

Qeyd edək ki, İsrail polisi ötən cümə Netanyahunu korrupsiya ittihamları çərçivəsində evində 5 saat sorğu-sual etmişdi. İsrail polisi Netanyahunu onun yaxınlarının ölkənin ən böyük telekommunikasiya şirkəti olan "Bezek"in rəhbərliyi ilə korrupsiya əlaqələri üzrə işin istintaqı çərçivəsində ilk dəfə sorğu-suala çəkib. Baş nazirlə bərabər, onun həyat yoldaşı da dindirilir.

Xatırladaq ki, Netanyahunun adı polisin keçən ay prokurorluğa təqdim etdiyi və Nazirlər Kabinetinin başçısına qarşı rüşvət almaq, dələduzluq və etimaddan sui istifadə etmə üzrə ittiham irəli sürülməsini təklif etdiyi iki cinayət işində şübhəli şəxs kimi keçir.