HADİSƏ

Goranboyda baş verən ağır qəzada bir neçə nəfər yaralanıb

Əraziyə DYP-nin əməkdaşları və təcili yardım briqadası cəlb olunub
Sputnik

BAKI, 8 mart — Sputnik. Goranboy rayonunda zəncirvari avtomobil qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Borsunlu kənd yolunda baş verib.

Goranboy rayonunun Xoylu kənd sakinləri, 1961-ci il təvəllüdlü Lətafət Elmir qızı Həsənova və onun 8 aylıq nəvəsi Ayxan Dəmir oğlu Həsənli, avtomobilin sürücüsü Dəmir Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza zamanı daha bir nəfərin xəsarət aldığı bildirilir. 

Əraziyə DYP-nin əməkdaşları və təcili yardım briqadası cəlb olunub.