Qorxulu ittifaq: "Google" və Pentaqonun işbirliyi nə vəd edir?

Haqqında daışılan proramın adı Maven-dir
Sputnik

BAKI, 8 mart — Sputnik. "Google" ABŞ müdafiə nazirliyi ilə tərəfdaşlıq haqqında saziş imzalayıb. Şirkət nazirlik üçün süni intellekt proqramını inkişaf etdirəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu proqram dronlar vasitəsilə çəkilmiş şəkilləri təhlil edəcək.

Lakin şirkətin bəzi əməkdaşları güc strukturu ilə əməkdaşlıq ideyasını tınqid ediblər.

Haqqında daışılan proramın adı Maven-dir. Bu layihə dronların çəkdiyi şəkillərin təhlilinin yaxşılaşdırılmasına yönəldilib. Bu texnologiya nəqliyyat vasitələrini və digər obyektləri 38 parametr üzrə tanımağa imkan verir. Həmçinin onun vasitəsilə insanların yerdəyişməsini izləmək olur.