Georgi Kvirikaşvili ciddi məsələlərin müzakirəsi üçün Bakıya gəlir

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili martın 11-də Azərbaycana səfər edəcək.
Sputnik

BAKI, 8 mart — Sputnik. Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili martın 11-də Azərbaycana səfər edəcək.

Sputnik AzərbaycanAZƏRTAC-a istinadla xəbər verir ki, səfər çərçivəsində Gürcüstan hökumətinin başçısı Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.

Görüşlərdə Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə regionda həyata keçirilən layihələr, regional təhlükəsizlik, ikitərəfli münasibətlərin inkişaf perspektivləri və s. məsələlər müzakirə olunacaq.