Təbiət amerikalılara amansız üzünü göstərdi, iki ştatda həyat iflic oldu

Birləşmiş Ştatlarda 3 mindən çox təyyarə reysi təxirə salınıb
Sputnik

BAKI, 8 mart — Sputnik. ABŞ-ın bir neçə ştatını təsiri altına alan qar fırtınası səbəbindən 3046 təyyarə reysi təxirə salınıb. Nyu-cersi və Pensilvaniya ştatlarında fövqəladə vəziyyət elan edilib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, qar fırtınası bir sıra şəhərlərdə həyatı iflic edib, bəzi şəhərlərdə məktəblərdə tətil elan edilib.

Nyu-cersi və Pensilvaniya ştatlarında fövqəladə vəziyyət elan olunub. Saatda sürəti 145 kilometri keçən külək çoxlu sayda ağacları aşırıb. Elektrik kabelləri qopub, yüz minlərlə ev və iş yeri işıqsız qalıb.