Türkiyədən ABŞ-ın müttəfiqlərinə ağır zərbə

Afrində zərərsizləşdirilən terrorçuların sayı 3 mini keçib
Sputnik

BAKI, 8 mart — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində indiyədək 3055 terrorçu zərərsizləşdirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Terrorçuların zərərsizləşdirilməsi üçün hava və quru əməliyyatları davam edir.

Qeyd edək ki, PYD/YPG terror təşkilatlarına qarşı "Zeytun budağı" əməliyyatı yanvarın 20-də başlayıb. Rəsmi Ankara ərazidə terrorçuların sonuna çıxanadək əməliyyatın davam edəcəyini bəyan edir.