Papua-Yeni Qvineyadakı zəlzələdə ölənlərin sayı 55 nəfərə çatıb

Hökumət zəlzələ qurbanlarının sayının 100 nəfərdən çox ola biləcəyindən ehtiyat edir
Sputnik

BAKI, 7 mart — Sputnik. Papua-Yeni Qvineyada baş verən güclü zəlzələ və bundan sonrakı afterşoklar nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb. Bu barədə Sputnik Azərbaycan "Report"-a  istinadən xəbər verir.

Qed edək ki, Papua-Yeni Qvineyada fevralın 26-da 7,5 bal gücündə zəlzələ baş verib. Onun ardınca bir neçə afterşok yaşanıb və nəticədə insan ölümləri davam edir. Hökumət zəlzələ qurbanlarının sayının 100 nəfərdən çox ola biləcəyindən ehtiyat edir.

Bildirilir ki, yeraltı təkanlar Yeni Qvineya adasının şərq hissəsində qeydə alınıb. Onun episentri 50 minə yaxın əhalisi olan Mendi şəhərinin 117 km qərbinə düşüb.