Moskva "Türkiyə - Ermənistan yaxınlaşması" ilə bağlı mövqeyini açıqladı

Zaxarova: "Rusiya Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşmasında maraqlıdır"
Sputnik

BAKI, 7 mart — Sputnik. "Rusiya Türkiyə-Ermənistan əlaqələrinin normallaşması üçün əlindən gələn hər şeyi edib". Sputnik xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.

Xanım Zaxarova Ermənistanın Sürixdə imzalanan normallaşma protokollarını ləğv etməsini belə dəyərləndirib: "Bizim nümayəndə heyətimiz o dövrdə Sürixdə idi və prosesdə fəal iştirak edirdi. Hər kəs Rusiyanın nə qədər istəkli olduğunu gördü".

Zaxarova qeyd edib ki, Rusiya Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasında maraqlıdır.