RUSİYA

Suriyada qəzaya uğrayan Rusiya təyyarəsi barədə yeni məlumat var

Təyyarədə mülki şəxs olmayıb
Sputnik

BAKI, 7 mart — Sputnik. Suriyanın Hmeymim aeroportu yaxınlığında Rusiyanın qəzaya uğramış “An-26” təyyarəsində 27 zabit, o cümlədən bir general-mayor, 26 müxtəlif rütbəli zabit, habelə praporşik və müddətdən artıq hərbi xidmətdə olan hərbçilər həlak olub. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, həlak olan general-mayor Vladimir Yeremeyevdir.

Təyyarədə mülki şəxs olmayıb.