RUSİYA

Putin öz nəsil şəcərəsi barədə açıqlama verdi

Prezident vurğulayıb ki, atası və babası peşələri ilə hər zaman fəxr ediblər, işlərini sevə-sevə görüblər
Sputnik

BAKI, 7 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putin Moskvada Ümumrusiya Fəhlə Gənclərin Forumunda iştirak edib. Sputnik Azərbaycan "MK"-ya istinadən xəbər verir ki, Putin forumdakı çıxışı zamanı deyib ki, onun babası aşpaz olub, atası isə zavodda usta işləyib:

"Babam aşpaz olub. Atam isə zavodda usta. Onu da deyim ki, atam uzun illər Leninqradda Yeqorov adına vaqonqayırma zavodunda işləyib".

Prezident vurğulayıb ki, atası və babası peşələri ilə hər zaman fəxr ediblər, işlərini sevə-sevə görüblər.