TƏHLİL

Politoloq ABŞ-ın nüvə sazişi ilə bağlı hədələrini şərh edir

Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ-ın müttəfiqləri onun bu sazişdən çıxmasının əleyhinədir
Sputnik

İlqar Vəlizadə: “ABŞ nüvə sazişindən geri çəkilərsə yeni konflikt yarana bilər”
“İranla nüvə razılaşmasına yenidən baxılmasa, ABŞ yubanmadan razılaşmadan geri çəkiləcək”. Bu bəyanatla ABŞ-ın vitse-prezidenti Maykl Pens çıxış edib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, həm İran, həm də ABŞ rəsmiləri tez-tez belə açıqlamalar verirlər: 

“Sanki bu mövzu siyasi proseslərin cərəyan etməsinə təkan verir, amma indiki məqamda bu sazişdən çıxmaq real görsənmir. Bu prosesdə bir neçə amili nəzərə almaq lazımdır. ABŞ-ın müttəfiqləri onun bu sazişdən çıxmasının əleyhinədir. Rusiya və Çin də birmənalı olaraq bu addımın əleyhinə olacaqlar. Bununla regional və dünya siyasətinin mənzərəsini daha da mürəkkəbləşdirən konflikt yarana bilər”.