HADİSƏ

Azərbaycanda daha bir təhlükəli yanğın, bu dəfə elm ocağında

Ümumi sahəsi 1300 m2 olan kənd orta məktəbinin yanar konstruksiyaları 650 m2 sahədə yanıb
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Qəbələ rayonunda orta məktəbdə yanğın olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun ucqar dağ kəndi olan Lazada qeydə alınıb.

Ümumi sahəsi 1300 m2 olan kənd orta məktəbinin yanar konstruksiyaları 650 m2 sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından az mühafizə oluna bilib. Yanğın saat 17:27-də yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.