Ukrayna paytaxtında partlayış törədilib

Polis əməliyyat-axtarış tədbirlərinə başlayıb
Sputnik

BAKI, 7 mart — Sputnik. Ukraynanın paytaxtı Kiyevdə "Lesnaya" metrostansiyası yaxınlığında iki qumbara partlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, partlayış zamanı bir neçə nəfər xəsarət alıb.

İki qumbara partladılıb. Nəticədə bir avtomobil tamamilə yanıb. Şübhəli bilinən iki nəfər Bravorov istiqmətinə qaçaraq gözdən itib. Kiyev polisi əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Məlumata görə, qumbaralar Brovar prospektində naməlum şəxslərin mübahisəsi zamanı partladılıb. Hadisə yerinə mütəxəssislər cəlb olunub.