Qonşumuzda güclü zəlzələ

Sözügedən yaşayış məntəqəsində 50 minə yaxın insan yaşayır
Sputnik

BAKI, 7 mart — Sputnik. İranın Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, Tehran Universitetinin geofizika institutunun məlumatına görə, zəlzələnin episentri yerli vaxtla 14.46 radələrində Kəhnuc şəhərindən 16 kilometr aralıda qeydə alınıb.

Sözügedən yaşayış məntəqəsində 50 minə yaxın insan yaşayır.

İtkilər və dağıntılar barədə məlumat yoxdur.