CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev iki vacib sahənin işçilərinin maaşını artırdı

Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətində işləyənlərin maaşları artırıldı
Sputnik

BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikası prezidenti İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılması barədə sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Prezidentin digər bir sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.