CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pis xəbər: Novruz bayramında əfv olmaya bilər

“Müraciətlər çoxdur, indiyə kimi beşdən artıq iclas keçirilib, təxminən 700-ə kimi işə baxılıb, amma güman ki, Novruz Bayramına çatmayacaq”
Sputnik

BAKI, 7 mart — Sputnik. “Prezident yanında Əfv Komissiyasının iclasları davam edir, amma ola bilsin ki, bu iclaslar heç Novruz bayramına kimi yekunlaşmasın və əfv siyahısı hazırlanmasın”. Sputnik Azərbaycan “BBC”-yə istinadla xəbər verir ki, bunu Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

"Ola bilər ki, Cümhuriyyət bayramı ərəfəsində biz əfv sərəncamı imzalanmasının şahidi olduq" – Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, hər bir müraciət diqqətlə araşdırılmalıdır və Əfv Komissiyası bu məsuliyyəti yaxşı başa düşür.

Məhkumlara xoş xəbər: Əfv olacaq

Əliməmməd Nuriyev onu da deyib ki, əfvin vaxtını müəyyən etmək və kimlərin bağışlanması prezidentin səlahiyyətindədir və yalnız onun iradəsindən asılıdır.

Keçmiş millət vəkili onu da deyib ki, bu günə kimi komissiyada yüzlərlə müraciətlə baxılıb və bu proses hələ də davam edir.

Əfv Komissiyası üzvü Rəşad Məcidov də hesab edir ki, əfv siyahısını Novruz bayramına kimi çatdırmaq mümkün olmayacaq.

Onun sözlərinə görə, müraciətlər çoxdur, indiyə kimi beşdən artıq iclas keçirilib, təxminən 700-ə kimi işə baxılıb, amma güman ki, Novruz Bayramına çatmayacaq.

Rəşad Məcidov deyib ki, bu il müraciətlərin sayı çox olduğundan komissiya qərara alıb ki, "yaxşı olardı ki" əfv may ayında olsun.