ABŞ bu ölkədə 10-dan çox İŞİD terrorçusunu məhv etdi

Əfqanıstanda 10-dan çox İŞİD terrorçusu məhv edilib
Sputnik

BAKI, 7 mart — Sputnik. ABŞ Əfqanıstanda İŞİD terror qruplaşmasının 10-dan çox yaraqlısını məhv edib.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığı məlumat yayıb.

Bildirilir ki, ABŞ ötən bazar üç əfqan əyalətinə bir sıra aviazərbələr endirib.

Martın 3-də Cauzcan əyalətində 9 yaraqlı, martın 4-də Kunar və Nanqarharda isə 2 terrorçu zərərsizləşdirilib.