Cəmiyyətdə o qadınlara baxış dəyişməlidir

“Mən o qadınları da terrorun qurbanı sayıram”
Sputnik

BAKI, 7 mart — Sputnik. “Suriyada İŞİD sıralarına qoşulan azərbaycanlı qadınlar da az deyil”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində  8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə siyasi şərhçi Nəzakət Məmmədova deyib.

Zorakılığa məruz qalmış qadınların sosial adaptasiyası problemləri müzakirə olundu

N.Məmmədova son illərdə qəribə və maraqlı çağırışlarla qarşılaşdığını bildirib: “Azərbaycandan da İSİD-ə qoşulan qadınların sayı az deyil. Bu qadınlar Suriyada zorakılığa məruz qalıb. Son məlumatlarda bildirilir ki, onların bəziləri insan hüquqlarını qoruyan düşərgələrə gətirilib”. 

Siyasi şərhçi həmin qadınların bundan sonrakı taleyindən nigaran qaldığını əlavə edib: “O qadınlar ölkələrinə qayıdan zaman nə baş verəcək? Bu da açıq suallardan biri olaraq qalır. Mən o qadınlar da terrorun qurbanı sayıram”.

“Bu insanlar ilə psixoloqlar işləməlidir. Həmçinin cəmiyyətdə də bu mövzuda qadınlara baxışlar dəyişməlidir. Əks halda daha böyük problemlər yarana bilər”, — deyə N.Məmmədova vurğulayıb.

Qeyd edək ki, sözügedən tədbirdə zorakılığa məruz qalmış qadınların sosial adaptasiyası probleminin həlli yolları müzakirə olunub. Müzakirədə vətəndaş cəmiyyətinin tanınmış fəalları və ekspertlər bu problemə öz baxışlarını açıqlayıblar, təcrübələrini bölüşüblər.