Çeçenistanda "Mi-8" helikopteri qəzaya uğrayıb: 5 nəfər ölüb

Vertolyotda olanlardan 5 nəfər ölüb, 2 nəfər ağır yaralansa da, sağ qalıb
Sputnik

BAKI, 7 mart — Sputnik. Rusiyanın “An-26” təyyarəsinin Suriyada qəzaya uğramasından bir gün sonra bu dəfə vertolyot qəzası xəbəri gəlib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Sərhəd Təhlükəsizlik Qüvvələrinə aid olan "Mi-8" vertolyotu Çeçenistanda qəzaya uğrayıb.

Suriyada Rusiya təyyarəsi qəzaya uğradı, çoxlu sayda həlak olan var

Vertolyotda olanlardan 6 nəfər ölüb, 2 nəfər ağır yaralansa da, sağ qalıb. Amma bu. son rəqəm deyil. Hazırda vertolyotda olan ekipaj üzvləri və sərnişinlərin sayı dəqiqləşdirilir. Güman edilir ki, qəza zamanı vertolyotda 10 nəfər olub.

Hələlik qəza ilə bağlı rəsmi versiya yoxdur. Olay yerinə çoxlu sayda təcili yardım maşını cəlb edilib.

Qeyd edək ki, dünən Suriyanın Hmeymim aviabazasında Rusiya Hərbi-Kosmik qüvvələrinə aid An-26 nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Suriyanın Hmeymim aeroportu yaxınlığında Rusiyanın qəzaya uğramış "An-26" təyyarəsində 27 zabit, o cümlədən bir general-mayor, 26 müxtəlif rütbəli zabit, habelə praporşik və müddətdən artıq hərbi xidmətdə olan hərbçilər həlak olub.