HADİSƏ

Məşhur aktyorumuzun başına iş gəldi

Üzeyir Novruzov: "Öz işimi çox sevirəm. Belə halların olması normaldır"
Sputnik

BAKI, 7 mart — Sputnik. Azərbaycanı Amerikada və dünyanın bir çox ölkələrində təmsil edən aktyor, məşhur sirk artisti Üzeyir Novruzov tədbirlərdən birində çıxış edən zaman çətinliklə üzləşib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyor özü sosial şəbəkələrdə məlumat yayıb.

Məşhur aktyor çətin fəndlərdən birini icra edən zaman ayağı sürüşüb və tamaşaçıların gözü qarşısında yerə yıxılıb.

Sirk ustası baş verənləri belə dəyərləndirib: "Öz işimi çox sevirəm. Belə halların olması normaldır".