HADİSƏ

Dərsdən qayıdan məktəbliləri maşın vurdu

Abşeronda dərsdən qayıdan iki məktəblini maşın vurub
Sputnik

BAKI, 7 mart — Sputnik. Abşeron rayonunda yolu keçən iki məktəblini maşın vurub.

Sputnik Azərbaycan-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə martın 6-sı günorta saatlarında Ceyranbatan qəsəbəsində baş verib.

Dərsdən evə qayıdan iki şagird — 2001-ci il təvəllüdlü Nəzrin Bilal qızı Candirova və 2005-ci il təvəllüdlü Xədicə İman qızı Məmmədzadə naməlum avtomobil tərəfindən vurulub.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. X.Məmmədzadənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.