"Müttəfiqlər" arasında daha bir böhran sona çatdı

Birləşmiş Ştatların Türkiyədəki səfirliyi martın 5-də təhlükəsizlik məqsədi ilə fəaliyyətini müvəqqəti dayandırıb
Sputnik

BAKI, 7 mart — Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi öz işini tam həcmdə martın 7-də bərpa edəcək.

“Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı Amerika diplomatik nümayəndəliyinin rəsmi təmsilçisi Devid Qeynerə istinadən "Sabah" nəşri yazıb.

"ABŞ-ın Ankaradakı səfirliyi sabah normal rejimdə işləməyə və xidmət göstərməyə başlaycaaq. Biz Türkiyə polisinə göstərdiyi dəstəyə və əmlak və əməkdaşlarımızın təhlükəsizliyinin təmin olunmasında etdiyi köməkliyə görə minnətdarıq", — deyə nəşr onun sözlərini sitat gətirir.

Birləşmiş Ştatların Türkiyədəki səfirliyi martın 5-də təhlükəsizlik məqsədi ilə fəaliyyətini müvəqqəti dayandırıb.