TƏHLİL

Politoloq: “Rusiyanın Qərblə münasibətlərində böyük dəyişikliklər olmayacaq”

Politoloq Tofiq Abbasov deyir ki, dünya nizamında balans yaratmaq üçün ən azı iki qütblü dünyanın olması ümidvericidir
Sputnik

Tofiq Abbasov: “Qərb və Şərq qütbləri arasında münasibətlər getdikcə gərginləşir”
“Rusiyadakı prezident seçkilərindən sonra ABŞ və Avropa ilə münasibətlərdə böyük dəyişikliklər olmayacaq”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

“Qərb və Şərq qütbləri arasında münasibətlər getdikcə gərginləşir. Hesab edirəm ki, seçkilərdən sonra da qarşıdurma cərəyanları öz mövcudluğunu saxlayacaq. Nə Qərb, nə də Şərq öz məramından dönmək istəmir. ABŞ öz hegemonluğunu qoruyub saxlamaq istəyir, digər ölkələrdə bu hegemonluğu qəbul etmək istəmirlər. Bu, dünya nizami üçün təhlükəlidir, narahatlıq doğurur. Dünya nizamında balans yaratmaq üçün ən azı iki qütblü dünyanın olması ümidvericidir”, — deyə o bildirib.

Qeyd edək ki, martın 18-də Rusiyada prezident seçkisi keçiriləcək. Prezident postu uğrunda 8 nəfər mübarizə aparacaq.