BAKI, 6 mart — Sputnik. Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) Müstəqil Media Mərkəzi yaradılır.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
Pənahov bildirib ki, Media Mərkəzində hazırlıq işləri başa çatıb və sabah onun açılışı olacaq.
MSK sədrinin sözlərinə görə, istənilən maraqlı tərəf, prezidentliyə namizəd, onun səlahiyyətli nümayəndəsi media mərkəzində mətbuat konfransları keçirə və mərkəzin digər imkanlarından yararlana bilər.