Ərdoğan "od püskürdü"

"Qərarınız batsın sizin. Həyata keçməyən qərarın insanlıq üçün nə mənası var?"
Sputnik

BAKI, 6 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Şərqi-Quta bölgəsində davam edən insanlıq dramına diqqət çəkib. O, BMT-də qəbul edilən 1 aylıq atəşkəs qərarını nəzərdə tutaraq, "sizin qərarınız batsın" deyib.

Ərdoğan sözünü dedi: “Afrindən sonra Menbiç təmizlənəcək”

"Şərqi-Qutada baş verənləri görməzdən gəlmək olarmı? Bu, insanlığa sığarmı? BMT Təhlükəsizlik Şurasında qərarlar qəbul edilir. Qərarınız batsın sizin. Həyata keçməyən qərarın insanlıq üçün nə mənası var? Siz bəşəriyyəti aldadırsınız", — Ərdoğan bəyan edib.

"BMT TŞ-də 5 ölkənin sahib olduğu haqlara digər ölkələr də sahib olmalıdır. Görüşdüyüm bütün liderlərə bunu deyirəm. Doğru söylədiyimizi bildirirlər, ancaq "hərəkətə keçin" deyəndə susurlar. Nə yaxşı ki, Qüds məsələsində susmadılar. Həmd olsun, 128 dövlət dünyanın 5-dən böyük olduğunu sübut elədi", — o vurğulayıb.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, Bəşər Əsəd rejiminə bağlı ordu qüvvələri müxaliflərin nəzarətindəki Şərqi-Quta bölgəsini aramsız bombalamağa davam edir. Son 1 ayda 1000-ə yaxın günahsız insan bombardımanın qurbanı olub.