Prezidentlər arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Sputnik

BAKI, 6 mart — Sputnik. Martın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. 

Prezident Rəcəb Tayyib Ərdoğan Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycan dövlət başçısına və həyatlarını itirənlərin ailə üzvlərinə başsağlığı verib, mərhumların doğmalarına səbir diləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib.