MƏDƏNİYYƏT

"Kurtlar Vadisi" və "Eşkiya dünyaya hükümdar olmaz"ın tanınmış siması dünyasını dəyişdi

Tanınmış aktyor şam yeməyi yeyərkən qəfildən yıxılıb
Sputnik

BAKI, 6 mart — Sputnik. "Kurtlar vadisi", "Eşkiya dünyaya hükümdar olmaz" və s. bu kimi seriallarda çəkilən gənc aktyor Harun Kandemir dünyasını dəyişib. Sputnik Azərbaycan "Haberturk"-ə istinadən bildirir ki, aktyorun ani ölümü hər kəsi sarsıdıb.

Onun ölümünə səbəb isə infarkt keçirməsi olub. 35 yaşlı aktyor şam yeməyi yeyərkən qəfildən yıxılıb. Kandemirin qəfil ölümü ailəsini şoka salıb.