CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günü bu qurum da işləməyəcək

Martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər
Sputnik

BAKI, 6 mart — Sputnik. 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri — iş günü olacaq.

"ASAN Xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 "Çağrı" Mərkəzi vasitəsilə əldə edə bilərlər.