Xocalı faciəsinin ilk siyasi nəticəsinin ildönümü

25 il əvvəl bu gün Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı gərgin müzakirələr başlayıb
Sputnik

BAKI, 5 mart — Sputnik. 1992-ci il martın 5-də Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı gərgin müzakirələr başlayıb. 

Parlament binasını mühasirəyə almış xalq kütlələrinin etirazı və müxalifətin təzyiqi altında Ali Sovetin sədri Elmira Qafarova istefa verib. 

Onun yerinə Azərbaycan Tibb Universitetinin rektoru, deputat Yaqub Məmmədov Ali Sovetin sədri seçilib.