TƏHLİL

Politoloq Səudiyyə Ərəbistanı və İran arasındakı gərginliyin səbəblərini açıqladı

Politoloq Fikrət Sadıxov deyir ki, bu ölkələrin bir-birinə qarşı radikal mövqedə dayanması bu gərginliyin artmasına təkan verir
Sputnik

Fikrət Sadıxov: “Bu qarşıdurma hələ uzun müddət davam edəcək”
Səudiyyə Ərəbistanının inkişafı və İran kimi dövlətlərlə mübarizə məqsədilə ölkədə islahatlar aparmaq lazımdır. Bunu Krallığın şahzadəsi vəliəhd Məhəmməd bin Salman Al Səud bəyan edib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Səudiyyə Ərəbistanının İran ilə qarşıdurması uzun müddətdir göz qabağındadır: 

“Onların bir sıra məsələlərdə mövqeyi tamam fərqlidir. Bu ölkələr arasındakı gərginliyə şərait yaradan həm də aparıcı ölkələrin qarşıdurmasıdır. Yanaşmaların fərqli olması, bir-birinə qarşı radikal mövqedə dayanmaları bu gərginliyin artmasına təkan verir. Düşünürəm ki, bu qarşıdurma hələ uzun müddət davam edəcək. Çünki bu ölkələrdə siyasi rejimlər fərqlidir”.