Türk seriallarına qadağa qoyuldu

Qərarın konkret olaraq nə səbəbə verildiyi barədə hələlik heç bir rəsmi açıqlama yoxdur
Sputnik

BAKI, 5 mart — Sputnik. Mərkəzi ofisi Səudiyyə Ərəbistanında yerləşən və ərəb dünyasında ən çox izlənilən telekanal kimi tanınan MBC Türkiyə serillarının yayımını dayandırıb. Şirkət, tərkibində fəaliyyət göstərən digər 11 kanala da bu barədə təlimat göndərib.

Beləliklə, dünənə qədər MBC-də yayımı davam edən 6 məşhur türk serialı efirdən yığışdırılıb. Sputnik AzərbaycanBBC-yə istinadən xəbər verir ki, qərarın konkret olaraq nə səbəbə verildiyi barədə hələlik heç bir rəsmi açıqlama yoxdur.

MBC şirkətlər qrupunun mətbuat katibi Mazen Hayek jurnalistlərə bildirib ki, onlar üçün keyfiyyətli ərəb serialları çəkmək fürsəti yaranıb.