CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaxda qəza: Ölən və çox ağır yaralananlar var

Nəticədə 1 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb
Sputnik

BAKI, 5 mart — Sputnik. Qax rayonunda ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Alatəmir kəndində qeydə alınıb.

Belə ki, "Volkswagen" markalı avtomobillə "VAZ-21011" markalı minik maşını toqquşub. Nəticədə 1 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.

Yaralıların 3-nün vəziyyəti ağirdir.