TƏHLİL

Kənan Quluzadə Bakı şəhər kartının üstünlüklərindən danışır

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyir ki, turizm Bakı üçün də perspektivli sahələrdən biri olduğu üçün belə kartlar hazırlanacaq
Sputnik

Kənan Quluzadə: “Bu kartlardan hər kəs istifadə edə biləcək”
Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və “PASHATravel”şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandum imzalanıb.

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə Sputnik Azərbaycan-a deyir ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə göstərilən tapşırıqlardan biri də Bakı şəhər kartının yaradılması idi: 

“Turizmi özünə perspektivli sahə seçən şəhərlərdə belə kartlar olur. Turizm Bakı üçün də perspektivli sahələrdən biri olduğu üçün belə kartlar hazırlanacaq. Kartlardan həm yerli əhali, həm də turistlər istifadə edə biləcəklər. Bu kartlar vasitəsilə müəyyən yerlərdə endirimlərdən yararlanmaq, həmçinin bəzi xidmətlərdən pulsuz istifadə mümkün olacaq”.