Əsəddən gözlənilməz Afrin etirafı: “Onlar mənimdir”

Bəşər Əsəd Afrinə gedən güclərin özünə bağlı olduğunu ilk dəfə etiraf edib
Sputnik

BAKI, 5 mart — Sputnik. Bəşər Əsədin mətbuat xidməti tərəfindən verilən açıqlamada Afrinə girən qüvvələrin hökumətə bağlı olduğu ilə bağlı ilk etiraf gəlib.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, yerli mənbələrin məlumatlarında Afrindəki toqquşmalarda hökumətə bağlı qüvvələrin iştirak etdiyi bildirilsə də, Bəşər Əsəd rejimi bu qrupların varlığını etiraf etmirdi.

Amma gecikmiş də olsa, bu dəfə rəsmi etiraf gəlib. Suriya prezidenti Bəşər Əsəd Afrinə gedən güclərin ona bağlı olduğunu bildirib və rejim dəstəkli qüvvələrin Afrin şəhərinə daxil olmasının normal olduğunu deyib.