CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəlilabadda çobanlar meşədə meyit tapdılar

S.Nəsirovun hansı şəraitdə ölməsi müəyyənləşdirilir
Sputnik

BAKI, 5 mart — Sputnik. Cəlilabadda naməlum kişi meyiti tapılıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, rayonun Ləkin kəndində meşəlik sahədə meyit aşkarlanıb.

Mərhumun 1997-ci il təvəllüdlü Sirus İlham oğlu Nəsirov olduğu müəyyənləşib. Həmin gəncin meyitini çobanlar tapıblar.

Hazırda S.Nəsirovun hansı şəraitdə ölməsi müəyyənləşdirilir.