BAKI, 5 mart — Sputnik. Azərbaycanın ən böyük mobil operator şirkəti olan “Azercell Telekom” MMC satılıb. Sputnik Azərbaycanteliacompany.com-a istinadən xəbər verir ki, şirkətdə böyük paya sahib olan “TeliaSonera”-nın holdinqdəki səhmləri Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdindəki “AzİnTelecom”-a satılıb.
Azərcell-in əsas təsisçisi Telia Company şirkətidir. Şirkət aralarında Rusiya və Türkiyə də olmaqla, 20-dən çox ölkədə fəaliyyət göstərir. Bundan sonra Azercell-ə rəhbər və baş icraçı direktor Azərbaycandan təyin olunacaq.
Qeyd edək ki, “Azercell Telekom” MMC 1996-cı ilin yanvarında təsis edilib və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi fəaliyyətə başlayıb.
Hazırda Azercell-in 4,5 milyondan çox abunəçisi var.