QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sürix protokollarının ləğvindən Türkiyənin uduzacağı heç nə yoxdur

Politoloq Arzu Nağıyev deyir ki, gələcəyə doğru baxanda Türkiyənin bundan uduzacağı heç nə yoxdur
Sputnik

Arzu Nağıyev: “Ermənistan “soyqırım” iddialarının qəbul ediləcəyini düşünürdü”
Ermənistan-Türkiyə protokolları ləğv edilib. Bunu Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında bəyan edib. Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, Ermənistan prezidenti bu protokolların ləğv ediləcəyini dəfələrlə bəyan etmişdi: 

“Protokolların ləğv olumasının səbəbi qondarma soqırım iddiaları ilə bağlıdır. Ermənistan tərəfi Türkiyənin bu iddiaları qəbul edəcəyini düşünürdü. Gələcəyə doğru baxanda Türkiyənin bundan uduzacağı heç nə yoxdur. Türkiyə ilə normal münasibətlərin qurulmaması ancaq Ermənistana mənfi təsir göstərəcək”.

İki ölkə arasında münasibətlərin normallaşmasını nəzərdə tutan Sürix protokolları 10 oktyabr 2009-cu ildə imzalanmışdı.