SƏHİYYƏ

Qarın piylərini yox edən sehrli içki

Yaşıl çay da düzgün qidalanma zamanı qəbul edilərsə, eyni effekti verə bilir
Sputnik

BAKI, 4 mart — Sputnik. Bütün dünyada insanları narahat edən problemlərdən biri də qarın piyləridir. Oturaq həyat tərzi qarının piylənməsinə səbəb olan amillərdən biridir. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən qarın piylərindən qurtulmağın yolu barədə məlumat verir.

Belə ki, cəfərini qaynadıb içmək qarın piylərini azaldır. Limon əlavə olunmuş cəfəri suyu daha da tez təsir edir. Təbii ki, düzgün qidalanmaq şərti ilə.

Bu içki nəinki qarın piylərini əridir, eyni zamanda saçları parıldadır, metobolizmanı gücləndirir, ürəyin işini düzəldir, bağırsaq qazlarını azaldır.

Qarın piylərini yox edən digər sehirli içki isə yaşıl çaydır. Yaşıl çay da düzgün qidalanma zamanı qəbul edilərsə, eyni effekti verə bilir.