RUSİYA

Pornoqalmaqal qonşudakı seçkilərə təsir edə bilər

Nastya Rıbka və Aleks Leslinin videosunu seçkilərlə əlaqələndirənlər var
Sputnik

BAKI, 4 mart — Sputnik. Pornoqrafik məzmunlu videolar nümayiş etdirən saytlarda rusiyalı məşhur "oliqarx ovçusu" Nastya Rıbkanın (Anastasiya Vaşukeviç) bir neçə videoroliki peyda olub.

Bu roliklərdə Rıbka Aleks Lesli adı ilə tanınan Aleksandr Kirillovla bir yerdədir. 

İndi istifadəçilər bu roliklərin saytda necə peyda olduğunu müzakirə edirlər. Bir iddiaya görə, Rıbka və Lesli özülərini piar etmək üçün bu videoları sayta yerləşdiriblər.

Digər versiyaya əsasən, videonu ora iştirakçıların kompüterindən onu götürmüş hakerlər yerləşdirib. Bu versiyanın özü də bir neçə yerə bölünür. Hakerlər bu işi rusiyalı milyarder Oleq Deripaskanın sifarişi ilə edə bilərlər. Çünki Rıbka və Lesli bir müddət öncə paylaşdıqları şəkillərə görə Deripaskanın qəzəbinə gəlmişdilər və məsələ məhkəməyədək böyümüşdü. Məhkəmə şəkillərin paylaşılmasına qadağan qoymuşdu. Digər tərəfdən bəzi saytlar Rıbkanın adını prezidentliyə namizəd Kseniya Sobçakla hallandıraraq bu məsələnin əslində sonuncunun əleyhinə yönəldiyini iddia edirlər.