BAKI, 4 mart — Sputnik. Abşeron rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub.
"Report"un məlumatına görə, hadisə Ceyranbatan bağları ərazisində baş verib.
Abşeron Ceyranbatan Peşə Liseyinin yataqxanasında yaşayan 1977-ci il təvəllüdlü Əsədov Vüqar İbrahim oğlu ərazidəki marketin qarşısında yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb.
Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən Vüqar Əsədov sonradan oradan qaçıb. Xəstəxanadan verilən məlumata görə, o, xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub.
Faktla bağlı araşdırma aparılır.