HADİSƏ

Bir neçə gün əvvəl itkin düşdü, bu gün meşədə meyiti tapıldı

Şabran Rayon Prokurorluğunun nümayəndələri və polis əməkdaşları araşdırma aparırlar
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 3 mart – Sputnik. Bu gün günorta saatlarında Şabran rayonunda gənc oğlanın meyiti tapılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məluata görə, cəsəd rayonun Xəlfələr kəndi ərazisindəki meşə massivində aşkar edilib. Meyitin bir neçə gün əvvəl itkin düşmüş 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olması müəyyən olunub.

Hadisə ilə bağlı Şabran Rayon Prokurorluğunun nümayəndələri və polis əməkdaşları araşdırma aparırlar.