İQTİSADİYYAT

Ekspert: “Qeyri-rəsmi əmək bazarının qarşısını alınmaq hələlik mümkün deyil”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, bu sahədə problemin həlli üçün səbəblərlə yox, nəticələrlə mübarizə aparılmalıdır
Sputnik

Sahib Məmmədov: “Bu sahədə üçün görülən tədbirlər effektiv deyil”
“Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında müqaviləsiz işçi çalışdıran şirkətlər, hüquqi və fiziki şəxslərlə bağlı 17 material Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 18 material isə Baş Prokurorluğa göndərilib”. Bunu "Tikinti sahəsində əmək münasibətləri" mövzusunda keçirilən təqdimatda “ASAN xidmət”in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi şöbəsinin müdiri Fariz Cəfərov bildirib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Sputnik Azərbaycan-a deyir ki, qeyri-rəsmi əmək bazarının əsas əhatə elədiyi sahə özəl sektordur: 

“Burada, əsasən, tikinti, iaşə, ticarət sektoru üstünlük təşkil edir. Ümumiyyətlə isə qeyri-rəsmi əməyin qarşısının alınması üçün görülən tədbirlər effektiv deyil. Çünki səbəblərlə yox, nəticələrlə mübarizə aparılır. Qeyri-rəsmi əməyin qarşısının alınması üçün problemlər öyrənilməlidir”.