Küçədə tapdığı daş həyatını dəyişdi

Adam tapdığı daşın üzünü təmizlədikdən sonra məlum olub ki, bu, adi daş deyil, zümrüddür
Sputnik

BAKI, 3 mart — Sputnik. Tayvan sakinin yolda gedərkən tapdığı daş parçası bütün həyatını dəyişib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, adam tapdığı daşın üzünü təmizlədikdən sonra məlum olub ki, bu, adi daş deyil, zümrüd daşıdır. O daşı mütəxəssisin yanına aparıb və daşın üstü təmizləndikdən sonra çox dəyərli olduğu üzə çıxıb.

Çin mətbuatında qeyd edilir ki, bu daş böyük bir sərvət dəyərindədir. Şəxsin şanslı olduğu ilə bərabər daşın da nadir olduğu qeyd edilir.