Netanyahunu məşhər ayağına çəkdilər

Polis qüvvələri İsrailin baş naziri və xanımını ilk dəfə dindirib
Sputnik

BAKI, 2 mart — Sputnik. İsrailin ən böyük telekommunikasiya şirkəti olan "Bezeq"də korrupsiya araşdırması aparan polis ilk dəfə İsrailin baş naziri və xanımını dindirib.

Sputnik Azərbaycan "Akşam"a istinadla xəbər verir ki, İsrail baş naziri Binyamin Netanyahuya "Bezeq"də baş verən korrupsiya ilə bağlı suallar verilib.

Qeyd edək ki, 2017-ci ilin son günlərində Netanyahunun sağ əli olan David Bitan korrupsiya araşdırmaları səbəbindən istefa vermək məcburiyyətində qalmışdı.