İQTİSADİYYAT

Azərbaycanda nazirliyin səlahiyyətləri artırıldı

İqtisadiyyat Nazirliyinin tabeliyinə yeni qurum daxil edilib
Sputnik

BAKI, 3 mart — Sputnik. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Qərara görə, Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.