HADİSƏ

Avtobus taksi ilə toqquşdu, yaşlı sərnişin ağır zədə aldı

Avtobusda dayanan orta yaşlı qadın zərbənin gücündən özünü saxlaya bilməyib və yerə yıxılıb
Sputnik

BAKI, 3 mart — Sputnik. Belarusda avtobuslardan birində xoşagəlməz hadisə baş verib. Yaşlı bir sərnişin avtobusun içinə yıxılaraq ağır xəsarət alıb.

Sputnik AzərbaycanRusiya mediasına istinadən xəbər verir ki, hadisə avtobusla taksinin toqquşması zamanı baş verib. Avtobusda dayanan orta yaşlı qadın zərbənin gücündən özünü saxlaya bilməyib və yerə yıxılıb. Yerə yıxılan zaman zərbə alan qadın huşunu itirib. 63 yaşlı sərnişin müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Brest şəhərindəki bu qəza taksi sürücüsünün səhvi ucbatından baş verib.